Məqalələr - ADENTA Estetik Stomotoloji Klinika

Go to content

Dişlərdə həssaslıq nə deməkdir?

ADENTA Estetik Stomotoloji Klinika
Published by in Stomatologiya · 11 May 2016
Dişlərdə həssaslıq nə deməkdir?

İsti, soyuq, şəkər və ya turş yeməklər,içkilər ağıza alındığında dişlərdə ani bir reaksiya və sızlama meydana gələr; ağrıma,sızıldama başlayar. Bu diş sızlaması iti, ani və dərindir (bu vəziyyət xalq arasında diş qamaşması olaraq da adlandırırlar).

Köhnə plomblar  xaricində həssaslıq ən çox dişəti çəkilməsi  ilə ortaya çıxan kök səthlərindən qaynaqlanar. Normal olaraq,(dişin ikinci və əhəmiyyətli bir təbəqəsi) mina və sement (kök səthini örtən xüsusi təbəqə) ilə ətraflı əhatə edilmişdir. Diş həssaslığının səbəbi tam olaraq aydın ola bilməmişsə də  həssaslığın dişin sinirinə mikron səviyyəsindəki kanalcıqlar vasitəçiliyi ilə çatdırıldığı üzərində dayanılır.

Diş həssaslığına səbəb olan faktorlar:

      • - sərt və travmatik diş fırçalama (zamanla mina və sementi aşındırar)
      • - dişəti çəkilməsi
      • - dişəti xəstəliyi  (şiş və iltihablı dişətləri də həssaslığa gətirib çıxarar)
      • - qırıq dişlər
      • - diş qıcırdatma - sıxma
      • - ərp yığılması

Həssaslığa qarşı evdə edilə biləcək bir şey varmı?

- ağız gigiyenasına diqqət yetirilməli. (dişlərinizin və ağızınızın hər nöqtəsini diqqətlicə təmizləməlisiniz)
- yumşaq tüklü fırça istifadə edilə bilər. (dişin sərt təbəqələrinə daha az zərər verilmiş olar)
- xüsusi diş pastası (nizamlı istifadə edildiyində təsirli nəticələr alına bilir)
- qəbul olunan qidalara diqqət yetirilməli. (çox turşu tərkibli yeməklərin sıx istifadə edilməsi nəticəsində      mina təbəqəsi sıradan çıxa bilər)
- florlu diş baxım məhsulları istifadə edilməli

Bu mövzudakı professional yanaşma nədir?

- ortaya çıxmış kök səthləri təcrid edilər
-  florlu laklarla kök səthləri yaxşılaşdırıla bilər
-  dişin azalan təbəqələrinin yerinə plomba maddələriylə bərpalar edilə bilər



Back to content