Məqalələr - ADENTA Estetik Stomotoloji Klinika

Zaqatala şəh.,
İmam Şamil küç.
+994 (51)  911-09-11
+994 (77) 722-07-70
İş saatları
B.e - Ş.: 9:00 - 21:00
Qəbula yazılmaq
info@adenta.az
STOMATOLOJİ
KLİNİKA
Məzmuna keçin

Ağızda pis qoxu nədən yaranır?

ADENTA Estetik Stomotoloji Klinika
Nəşr olundu dən Dr. Namiq Nesirov giriş Qiqiyena · 2 v 2015

Ağız qoxusu hamının müəyyən dövrlərdə rastlaşdığı problemdir. Dişlər fırçalansa da, müxtəlif önləyici vasitələrdən istifadə edilsə də, bəzi ağız qoxularının qarşısını almaq mümkün deyil. Bəs ağızda nədən pis qoxu yaranır?
Çox zaman bu problemi yaşayanlar saqqız çeynəməklə qoxunu önləməyə cəhd edirlər. Mütəxəssislərin fikrincə, ağızda pis qoxular müxtəlif səbəblərdən yarana bilər. Müxtəlif xəstəliklər, orqanlarda olan atipik problemlər, qidalanma ağız qoxusuna səbəb ola bilər. Terapevt Məlahət Abbasovanın sözlərinə görə, ağız boşluğunda yaşayan bakteriyaların ifraz etdiyi sülfürlü maddələr ağızda pis qoxu yaranmasına səbəb olur. Ölü və ya ölmək üzrə olan bakteriyalar sülfür maddələri ifraz edir: "Bakteriya təbəqələri və yemək artıqları dilin arxa tərəfində yığılır. Dilin səthi olduqca nahamar bir quruluşdadır və bakteriyaların yaşamasına əlverişli bir xüsusiyyətə malikdir. Böyük miqdarda sülfür maddəsi də bu sahələrdə yığılır". Həkim bidlirir ki, dişlər hər gün təmizlənmədiyi təqdirdə qısa müddətdə bakteriyaların yaşaması üçün əlverişli şərait yaranır. Diş əti problemindən əziyyət çəkən insanlarda dişləri mütəmadi təmizləmək, yumaq imkanı olmadığı üçün pis qoxuya səbəb olur. Qeyd edək ki, ağız problemləri ilə qaynaqlanan ağız qoxusunun qarşısını almaq mümkündür. Qarşısı alınmayan ağız qoxusu xroniki və kəskin xəstəliklərdən yaranır. Ağızda qoxu hiss etməmək üçün ağız gigiyenasına diqqət yetirilməlidir: "Ağızda quruluğun qarşısını almaq üçün bütün günü su için. Tüpürcək ifrazatını hərəkətləndirin. Tüpürcək ifrazatı bakteriya meydana gəlməsinin qarşısını almaq üçün ağızın oksigenlə təmin edilməsinə yadım edir. Şəkərsiz saqqız çeynəmək bunun ən asan yoludur. Sulu tərəvəzlər və meyvələr yeyin, yeməklərinizə cəfəri əlavə edin. Apteklərdə satılan cəfəri yağı kapsullarından da istifadə edə bilərsiniz. Sarımsaq, soğan və ədviyyatdan uzaq olmağa çalışın".
Bəzi süd məhsulları da ağız qoxusuna səbəb ola bilir. Ağızdan gələn qoxunun qarşısını almaq üçün kofe çeynəmək və ya limon yemək məsləhətdir. Siqaret və içkini tərgitmək ağız qoxusunun xeyli qarşısını alır.
Əgər ağız qoxusu ağız təmizliyi və köməkçi vasitələrlə aradan qalxmırsa, mütləq həkimə müaciət etmək lazımdır. Çünki sinus və ağciyər qaynaqlı infeksiyalar, şəkər xəstəliyi (aseton qoxusu), böyrək çatışmazlığı (balıq qoxusu kimi), qaraciyər çatışmazlığı və s. bu kimi xəstəliklər də ağız qoxusuna səbəb olur. Maddələr mübadiləsinin pozulması (diaqnozu çətin ola bilər, zaman-zaman ortaya çıxan pis bir balıq qoxusu), aclıq, pəhriz, ağız quruması, oruclu olmaq da ağızda qoxu yaradır.
Həmsöhbətimizə görə, fizioloji ağız qoxusu hamıda müşahidə edilə bilər. Belə ki, M.Abbasovanın dediyinə görə, həzm kanalında yığılan qazlar və ya dil kürəyində törəyən bakteriyaların səbəb olduğu ağız qoxusu ortaya çıxa bilər: "Yemək yedikdən sonra nəfəsdəki pis qoxu da fiziolojidir. Məsələn, sarımsaq yeyən bir insanın qanına keçən uçucu aromatik maddələr bu qoxuyla çölə atılır". Pataloji ağız qoxusu ağız problemi yaşayan insanlarda müşahidə edilir. Bu zaman xəstə ağzından iy gəldiyini özü hiss edər. Bəzi şəxslər isə ağızlarından qoxu gəldiyini özləri hiss etməz. Həkim bildirir ki, fizioloji qoxuların aradan qaldırılması üçün darçın istifadə etmək məsləhətlidir. Ümumiyyətlə, ağzında qoxu olduğunu hiss edən, bununla ev şəraitində mübarizə aparan, lakin qoxunu əngəlləyə bilməyən insanlar mütləq həkimə müraciət etməlidir: "Qeyd etdiyimiz kimi, ağız qoxusu müxtəlif xəstəliklərin əlaməti də ola bilər. Çox zaman qaraciyər xəstəlikləri zamanı ağızdan kəskin qoxu gəldiyini nəzərə alıb, bununla zarafat etməməyi məsləhət görürük".




ADENTA ESTETİK STOMATOLOJİ KLİNİKA 2020 COPYRIGHT BÜTÜN HÜQUQLAR QORUNULUR.
AYVUS.COM TƏRƏFİNİNDƏN HAZIRLANIB
Bizim xidmətlər
İş saatları
Şənbə
Cümə
Cümə axşamı
Çərşənbə
Çərşənbə axşamı
Bazar ertəsi
9:00 - 21:00
9:00 - 21:00
9:00 - 21:00
9:00 - 21:00
9:00 - 21:00
9:00 - 21:00


Adenta, klinika haqqında klinika haqqında klinika haqqında klinika haqqında klinika haqqında klinika haqqında klinika haqqında klinika haqqında klinika haqqında klinika haqqında klinika haqqında klinika haqqında klinika haqqında klinika haqqında klinika haqqında klinika haqqında
WWW.ADENTA.AZ   2020   COPYRIGHT
Məqaləyə qayıt